"Dinamo"dan ayrılmağımın xüsusi səbəbi yoxdur. Sadəcə ola bilsin, özümü yaxşı tərəfdən göstərə bilmədim. Həmişə hər şey futbolçunun özündən asılıdır, bir az da baş məşqçidən. Mənə verilən şansdan istifadə edə bilmədim. Heç kimi günahlanhdırmaq istəmirəm".

Rekord.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Ramil Şeydayev "CBC Sport"a "Dinamo"dan (Moskva) ayrılması haqda danışarkən deyib. Millimizin üzvü karyerasının harada davam etdirəcəyi ilə bağlı isə bunları bildirib:

"Krılya Sovetov"la qayıtmağımla bağlı məsələ hələ dəqiq deyil. Azərbaycana dönmək variantı da ola bilər. Amma klubdan təzə ayrıldığımdan hələ heç bir klubla danışıqlar olmayıb".

Qeyd edək ki, "Dinamo" dünən Şeydayevlə yolları ayırdığını açıqlayıb.