Rusiyanın “Dinamo” klubu baş məşqçisi Kirill Novikovun müqaviləsinin müddətini artırıb.

Rekord.az xəbər verir ki, 38 yaşlı mütəxəssislə müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Novikov ötən ay “Dinamo”ya baş məşqçi təyin olunub. Onun əvvəlki sözləşməsi mövsümün sonuna qədər idi.

Moskva təmsilçisində Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də forma geyinir.