Ramin Musayev AFFA-nın konfransında niyə iştirak etməyib?
- 04 Fev 2021 15:00
- 843
PFL prezidenti Ramin Musayevin AFFA-nın bu yaxınlarda keçirilən video-konfransına qatılmaması birmənalı qarşılanmadı.
Rekord.az xəbər verir ki, buna səbəb Musayevin səhhətində yaranan ciddi problemdir.
Belə ki, Ramin bəy ürəyindən əməliyyat olunub. Hazırda müalicəsini davam etdirən PFL prezidenti bu səbəbdən konfransa qatıla bilməyib.
Qeyd edək ki, Musayev təxminən 10 il öncə də ürəyindən əməliyyat olunmuş və onun ürəyinə stend qoyulmuşdu.