Bu yaxınlarda açıq ürək əməliyyatı keçirən PFL prezidenti Ramin Musayevin son durumu haqda yeni məlumat var.

Rekord.az xəbər verir ki, Musayev artıq işə çıxmağa başlayıb.

Lakin hələlik tam gücü ilə işləmir. PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev saytımıza açıqlamasında PFL bossunun son durumunu belə izah edib: “Ramin müəllim işə çıxır. Amma hələlik tam gücü ilə yox. Gəlib 1-2 saat PFL-də olur, sonra gedir. Nəzərə alaq ki, ağır ürək əməliyyatı keçirib, tam gücü ilə işə qayıtması üçün bir qədər zaman lazımdır. Amma özünü yaxşı hiss edir və get-gedə daha da yaxşılaşır”.