Ramin Musayev: "Planda var ki, Divizionda bölgə klublarının sayını artıraq"
- 25 Fev 2020 20:07
- 1089
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev I Divizionun yeni mövsümüylə əlaqəli vacib açıqlama verib.
Rekord.az xəbər verir ki, o, Diviziondan 2 və ya 3 komanda Premyer Liqaya yüksələrsə, aşağı dəstədə iştirakçı sayını artıracaqlarını bildirib:
"Planda var ki, Divizionda da bölgə klublarının sayını artıraq. Premyer Liqaya çıxan klubların yerinə həmin kollektivlər yarışa qatıla bilərlər".