Ramin Musayev yeganə namizəddir – PFL prezidentliyinə
- 11 Sen 2020 18:15
- 593
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna keçiriləcək seçkinin tarixi müəyyənləşib.
Rekord.az xəbər verir ki, prezident seçkisi sentyabrın 14-də AFFA-nın inzibati binasında gerçəkləşəcək.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Seçkiyə saat 12:00-da start veriləcək.
Ramin Musayev PFL-in Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq 4 il müddətinə seçilən Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb. PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülmədiyi üçün qurumun hazırkı prezidenti Musayev vahid namizəddir.