Peşəkar Futbol Liqasında (PFL) növbəti prezident seçkiləri avqust ayı ərzində reallaşacaq.

 

Rekord.az xəbər verir ki, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev futbolinfo.az saytına açıqlamasında bu barədə düşündüklərini bildirib.

Koronavirus pandemiyası üzündən gecikən seçkilər daha ertələnməyəcək. Vəziyyətdən asılı olaraq, tarix müəyyənləşəcək və seçki reallaşacaq. Amma istənilən halda, bu, avqust ayı ərzində olacaq.

Musayevin 4 illik prezidentlik müddəti iyulun 5-də başa çatıb. 2016-cı ildə quruma 3-cü dəfə rəhbər seçilmiş Ramin bəy PFL yarandığı gündən (2008-ci il) bu postdadı. Seçkidə ona alternativin olub-olmayacağı bəlli deyil. Yəqin ki, seçkinin tarixi açıqlandıqdan sonra bunu da biləcəyik.