"Yeni loqomuzu bəyənənlər və bəyənməyənlər də oldu. Hər iki tərəf sağ olsun. Bəyənməyənlər ona görə sağ olsunlar ki, ən azından baxıblar.

Bəyənənlər sağ olsunlar ki, fikrimizi oxuyublar. Mənə bir şey maraqlıdır ki, bu bəyənməyənlər niyə bəyənməyib? Bizim idarə orada dədə-babamızı göstərməyib".

Rekord.az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqanın yeni loqosu ilə bağlı danışarkən deyib.

O, yeni loqoda doğma Vətəni göstərdiklərini bildirib. Musayevin bunun siyasi məsələ olduğunu da diqqətə çatdırıb: "Biz Azərbaycanın xəritəsini göstərmişik.

Videoda ölkənin xəritəsi əks olunur. Azərbaycanın yuxarıdan baxanda necə göründüyü nümayiş olunur. Qartal formasındadır və onu göstərmişik. Vaxtilə Azərbaycan başqa ölkələrdə tanınmayanda, deyirdilər haralısınız, deyirdik ki, azərbaycanlı.

Bizə deyirdilər ki, Azərbaycan haradır? Amma Xəzər dənizinin adını çəkən kimi, deyirdilər ki, tanıdım. Biz də dənizimizi göstərmişik. Burada qeyri-adi nə var? Başqa nə göstərək?"