PFL prezidenti Ramin Musayevin sağlıq durumu ilə bağlı Türkiyəyyə yollandığını xəbər vermişdik.

Rekord.az xəbər verir ki, bir neçə gün qardaş ölkədə olan Ramin bəy atıq vətənə dönüb və işinin başındadı.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevdən aldığımız bilgiyə görə, Musayev prosedur qaydalarına uyğun əməliyyatdan sonra müayinə olunub: “Ramin müəllim əməliyyatdan sonra müayinə üçün Türkiyəyə getmişdi. Cərrah bıçağı altından çıxan bütün xəstələr əməliyyatdan sonra mütləq şəkildə həkim müayinəsindən keçməlidi. Müayinə hər şeyin qaydasında olduğunu göstərib. Həkim tövsiyə edib ki, hərəkət etməli və qidalanmasına fikir verməlidi. Şükür Allaha, hansısa ciddi problem aşkarlanmayib” ("Futbol plus")