“Sabah”ın baş məşqçisi Ramin Quliyev “Zirə”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Rekord.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan oyundan sonra bunları söyləyib:

“İlk matçımız idi. İki fərqli hissə izlədik. Futbolçuların geridə qalan 7-8 günlük hazırlıq müddətində fiziki durumlarının necə olmasını görmək istəyirdik. Sevindirici haldı ki, hər iki hissədə fiziki baxımdan istədiyimizi ala bildik. Ən əsası, şükürlər olsun ki, heç bir zədə olmadı”.