"Şamaxı"nı yenidən Premyer Liqaya qaytaran Ramiz Məmmədovun baş məşqçi postundan gedişi birmənalı qarşılanmadı.

Rekord.az-a daxil olan məlumata görə, Məmmədov özü işinə davam etmək istəyib.

Lakin rayon rəhbərliyi Premyer Liqada Məmmədovla yola davam etmək istəməyib. Veteran futbolçusu bu münasibətdən incisə də, hər hansı etiraz bildirməyib.