PSJ-nin futbolçusu Serxio Ramos zədəsini sağaldıb.

Rekord.az xəbər verir ki, 35 yaşlı müdafiəçi gələn həftədən etibarən komanda ilə birgə məşqlərə qatılacaq.

Onun noyabr ayında debüt edə biləcəyi vurğulanıb.

Qeyd edək ki, yayda “Real”dan PSJ-yə keçən Serxio Ramos baldır əzələsindəki zədə səbəbindən AVRO-2020-ni də buraxmalı olub.