
Ranyeri ən yaxşı seçildi
- 10:41
- 33
A Seriyasında fevral ayının ən yaxşı məşqçisi məlum olub.
Rekord.az xəbər verir ki, “Roma”nın baş məşqçisi Klaudio Ranyeri ötən ayın ən yaxşı məşqçisi seçilib.
Bu barədə liqanın mətbuat xidməti məlumat yayıb. Romalılar fevralda 73 yaşlı mütəxəssisin rəhbərliyi altında İtaliya çempionatında 4 oyun keçirib və cəmi 1 dəfə xal itirib (“Napoli” ilə 1:1). Digər oyunlarda isə komanda hesabına 3 xal yazdırıb - “Venesiya” (1:0), “Parma” (1:0) və “Montsa”nı (4:0) məğlub edib.
26 turdan sonra “Roma” 40 xalla A Seriyasında turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.