“Mançester Yunayted”in hücumçusu Markus Raşfordun “Aston Villa”ya keçidi rəsmiləşib.


Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.


İngiltərə millisinin üzvü iyun ayına qədər icarəyə götürülüb.


Raşford yetirməsi olduğu “Mançester Yunayted”in heyətində bu mövsüm 24 oyuna çıxaraq 7 qol vurub və 3 qolun ötürməsini edib.