![photo](https://www.rekord.az/storage/uploads/5/rauf-cabbarov.jpg)
Rauf Cabarov Konfrans Liqasının oyununa təyinat alıb
- 03 İyl 2023 19:00
- 335
Azərbaycanın FİFA referisi Rauf Cabarov UEFA-dan təyinat alıb.
Rekord.az xəbər verir ki, o, Albaniyada “Vlajniya” və Şimali İrlandiyanın “Linfild” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.
Cabarova laynsmanlar qismində Namik Hüseynov və Cavanşir Yusifov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.
İyulun 20-də oynanılacaq qarşılaşma saat 22:00-da başlayacaq.