Raul və Konte "Real"ı çalışdırmaqdan imtina etdi
- 01 İyn 2021 12:15
- 794
"Real" klubdan ayrılan Zinəddin Zidanın yerinə yeni baş məşqçi axtarmağa davam edir.
Rekord.az "COPE"yə istinadən xəbər verir ki, potensial namizədlərdən ikisi artıq Madrid təmsilçisinə rəhbərlik etməkdən imtina edib.
Bunlar "Real"ın ehtiyat komandasının məşqçisi Raul Qonzales və "İnter"in sabiq çalışdırıcısı Antonio Kontedir.
Klub hazırda Belçika millisindən Roberto Martinesin namizədliyini nəzərdən keçirir.
Xatırladaq ki, Zidan mayın 27-i istefa verib.