“Barselona”nın prezidenti vəzifəsinə namizədlərdən olan Emili Rusad Lionel Messi ilə yollarını ayıra biləcəklərini deyib.

Rekord.az xəbər verir ki, Rusad, klubla 2021-ci ilin yayına qədər müqaviləsi olan Messi ilə danışıqlar aparacaqlarını deyib:

“Messi ilə danışacağıq, maaşının azaldılmasına razı olmasını istəyəcəyik. Klub üçün fədakarlıq etməlidir. Razılaşa bilməsək, Messi komandanı tərk edəcək.

Messi “Barselona” tarixinin ən parlaq səhifələrini yazdı. Onun komandada qalması üçün hər şeyi edəcəyik, ancaq klubun mənfəətləri daha əvvəldə gəlir”.