Razılıq əldə olundu: Verratti PSJ-ni Qətər klubuna dəyişir
- 10 Sen 2023 16:00
- 345
PSJ-nin yarımmüdafiəçisi Marko Verratti 50 milyon avroya Qətərin “Əl-Ərəbi” klubuna keçəcək.
Rekord.az xarici KİV-ə istinadən xəbər verir ki, müqavilə tamamlanıb.
30 yaşlı italiyalı futbolçunun 30 milyon avro maaşla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Verratti 2012-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm o, heç bir matçda iştirak etməyib.