UEFA Çempionlar Liqasında final oyunu keçirilib.

Rekord.az xəbər verir ki, İngiltərənin paytaxtı Londondakı “Uembli”də keçirilmiş görüşdə Almaniyanın Dortmund “Borussiya” və İspaniyanın “Real” komandaları üz-üzə gəlib.

Sloveniyalı referi Slavko Vinçiçin idarə etdiyi qarşılaşma “kral klubu”nun qələbəsi ilə yekunlaşıb.

Beləliklə, “Real” 1 illik fasilədən sonra və tarixində 15-ci dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub. Baş məşqçi Karlo Ançelotti üçün isə bu beşinci tituldur.

UEFA Çempionlar Liqası
Final

1 iyun

Borussiya (Dortmund, Almaniya) – Real (İspaniya) 0:2
Qollar: Dani Karvaxal, 74. Vinisius Junior, 83.
Baş hakim: Slavko Vinçiç (Slovakiya).
London. "Uembli" stadionu.