"Real" 34 ildən sonra...
- 24 Sen 2021 15:20
- 511
“Real” İspaniya Primerosunun 6-cı turu çərçivəsində “Malyorka”nı 6:1 hesabı ilə məğlub edib.
Rekord.az xəbər verir ki, Madrid təmsilçisi 6 turdan sonra 21 qol vurmağı bacarıb.
Ki, bu da komandanın 1987/1988 mövsümündən sonra göstərdiyi ən yaxşı nəticədi.
“Kral klubu” həmin sezon 6 turdan sonra rəqib qapılarından 26 top keçirməyi bacarmışdı. 34 ildən sonra Karlo Ançelottinin rəhbərlik etdiyi klub ən yaxşı nəticəni göstərib.