İspaniyanın "Real" komandası beş ildən sonra antirekordunu təkrarlayıb.


Rekord.az xəbər verir ki, bu, Madrid təmsilçisinin La Liqanın 19-cu turunun matçında səfərdə "Atletik"ə uduzması (1:2) ilə reallaşıb.


Beləliklə, "kral klubu" cari mövsümdəki 5-ci oyununda məğlub olub.


Hazırkı ölkə çempionu son olaraq 2020/2021 mövsümünün ilk yarısında 5 qarşılaşmada yenilib.


"Real" daha əvvəl Çempionlar Liqasında İngiltərənin "Liverpul" (0:2), İtaliyanın "Milan" (1:3), Fransanın "Lill" (0:1) komandalarına, La Liqada isə "Barselona"ya (0:4) uduzub.