"Real" Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib
- 11 May 2021 13:17
- 903
"Real Madrid" gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.
Rekord.az xəbər verir ki, bu barədə klubun Gənclər və İdman Nazirliyinə ünvanlanan məktubunda deyilir.
"Real"ın icraçı vitse-prezidenti Enrike Sançes Qonsales nazirin ölüm xəbərindən dərindən kədərləndiklərini bildirib.
Vitse-prezident "Real" adından nazirin yaxınlarına və ailəsinə başsağlığını ifadə edib.