“Real” Benzema ilə bağlı qərar verdi
- 22 Noy 2019 14:23
- 863
Ispaniyanın “Real” klubu futbolçusu Kərim Benzemanın müqaviləsinin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, “kral klubu” 31 yaşlı hücumçu ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə “Marca” nəşri məlumat yayıb.
2009-cu ildən “Real”da forma geyinən Benzemanın əvvəlki müqaviləsi 2021-ci ilin iyununa qədər idi.
Fransız hücumçu bu mövsüm La Liqada 11 oyunda 9 qol vurub.