“Real" Qaret Beyli “Nyukasl Yunayted”a 20 milyon avroya satmağa hazırdır.

Rekord.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 30 yaşlı Beyl “Real”ın ən yüksək maaş alan oyunçusudur. Onun müqaviləsinin müddəti 2022-ci ildə bitəcək. Odur ki, futbolçu hər il 10 milyon avronu itirməmək üçün komandada qalmaq istəyir.

“Nyukasl”da öz növbəsində yüksək məvacib vermək şərtilə bir neçə oyunçunu transfer etməyi düşünür. Onlardan biri də Beyldir.

Beyl “Tottenhem”dən “Real”a 101 milyon avroya transfer olunub. İngilis klubunun sahibi Mayk Eşli klubun Səudiyyə investorlarına 300 milyon funt sterlinqə (370 milyon ABŞ dolları) satılması barədə razılığa gəlib.