"Real" Diası geri qaytarmaq istəyir
- 2022-09-30 16:00
- 306
“Real” “Milan”dan yarımmüdafiəçi Brahim Diası geri qaytarmağı düşünür.
Rekord.az xəbər verir ki, bu variant Marko Asensio “kral klubu”ndan ayrılacağı təqdirdə mümkün olacaq.
“Milan” Diası 2021-ci ilin iyulunda “Real”dan 2 illik icarəyə götürüb.
İtaliya klubunun 23 yaşlı ispaniyalını 22 milyon avroya almaq hüququ var. Lakin Madrid təmsilçisi futbolçunu 30 milyon avroya geri ala bilər.
Dias cari mövsümdə “Milan”ın heyətində 7 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.