“Real”ın müdafiəçisi Xesus Valyexo iş yerini dəyişib.

Rekord.az xəbər verir ki, o, icarə əsasında “Qranada”ya keçib. 

Valyexo Əndəlüs təmsilçisində bir mövsüm çıxış edəcək. O, 2020/21 mövsümündə də bu klubda icarədə olub.

Valyexo karyerası ərzində “Saraqosa”, “Ayntraxt”, “Vulverhempton”da (hamısında icarə əsasında) da forma geyinib.

O, İspaniya çempionatının başa çatan mövsümündə “kral klubu”nun heyətində bir oyuna çıxıb.