"Real" futbolçusu Eden Hazardın ayağının əməliyyat olunmamasına qərar verib.

Rekord.az xəbər verir ki, bu barədə ispan jurnalist Joze Luis Sançes özünün "Tvitter" hesabında yazıb. O bildirib ki, Madrid təmsilçisinin rəhbərliyi əvvəllər belçikalı oyunçunun səhhətini izləyən iki həkimlə məsləhətləşib. Bundan sonra "kral klubu" onun əməliyyat olmadan müalicə olunması qərarına gəlib.

Qeyd edək ki, Hazard əməliyyat olunacağı təqdirdə, mövsümün geridə qalan hissəsini buraxacaqdı. Onun Belçika millisi ilə Avro-2020-də iştirakı isə sualı altına düşəcəkdi.

Xatırladaq ki, tez-tez aldığı zədələrə görə Hazard bu mövsüm La Liqada cəmi 9 oyunda meydana çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini edib.