![photo](https://www.rekord.az/storage/uploads/5/cl-15.jpg)
“Real” “Liverpul”a, “Bavariya” PSJ-yə rəqib oldu
- 19 Mar 2021 15:30
- 632
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirə saat 15:00-da start verilib.
Püşkdə eyni ölkənin komandaları da bir-birinə rəqib ola bilərdilər. Yekunda İngiltərənin “Mançester Siti” komandası Almaniya “Borussiya”sına rəqib olub. “Real” “Liverpul”la, “Bavariya” PSJ ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 6-7 apreldə, cavab qarşılaşmaları isə 13-14 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 27-28 apreldə, cavab qarşılaşmaları 4-5 mayda olacaq.
UEFA Çempionlar Liqası
1/4 final
Mançester Siti (İngiltərə) – Borussiya (Dortmund, Almaniya)
Portu (Portuqaliya) – Çelsi (İngiltərə)
Bavariya (Almaniya) – PSJ (Fransa)
Real (İspaniya) – Liverpul (İngiltərə)
Yarımfinal
Bavariya (Almaniya)/PSJ (Fransa) – Mançester Siti (İngiltərə)/Borussiya (Dortmund, Almaniya)
Real (İspaniya)/Liverpul (İngiltərə) – Portu (Portuqaliya)/Çelsi (İngiltərə)