"Real"ın Lionel Messinin "Barselona"dan getməsinə necə reaksiya verdiyi məlum olub.

Rekord.az "The Athletic"ə istinadən xəbər verir ki, Madrid klubu əsas rəqibin əsas oyunçusunu itirməsini xüsusi qeyd etməyib:

"Real" hər iki klubda maliyyə vəziyyətinin nə olduğunu çox yaxşı bilir. Messinin gedişi heç kim üçün böyük sürpriz olmadı. Təbii bir şey kimi qəbul edildi. "Real" bu vəziyyətə o qədər də əhəmiyyət vermir, çünki özləri də Kriştiano Ronaldonu itiriblər və onu əvəz etmək üçün maddi imkanları yox idi. Gələcəkdə "Real" Mbappeni alacaq" - deyə nəşr yazıb.

Qeyd edək ki, Messi azad agent kimi PSJ-yə keçib.