"Real"ın yarımmüdafiəçisi Luka Modriç Madrid klubu ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, "kral klubu" 36 yaşlı oyunçu ilə 2022-ci ilin yayı başa çatacaq müqavilənin uzadılmasını müzakirə etməyə hazırdır. 

Xatırladaq ki, Modriç 2012-ci ildən "Real"da çıxış edir.