İspaniyanın “Real” klubu futbolçusu Luka Modriçin müqaviləsinin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Modriçlə müqavilənin müddəti 2022-ci ilin yayına qədər uzadılıb.

2012-ci ilin avqustundan “Real”da çıxış edən yarımmüdafiəçinin əvvəlki müqaviləsi bu ilin iyununun sonuna qədər idi.