"Real" klub bazasında məşqlərin bərpa olunma tarixinə qərar verib.

Rekord.az xəbər verir ki, mayın 11-i klubun əməkdaşları və futbolçuları Valdebebasda toplaşacaqlar.

Oyunçular fərdi məşqlərə başlayacaqlar. Ehtiyat tədbiri kimi əvvəlcə futbolçular aralarında məsafə saxlayacaqlar. La Liqada mövsüm koronavirus səbəbindən təxirə salınıb. Çempionatın bərpası ilə bağlı dəqiq tarix hələ məlum deyil.