
"Real" onu buraxmadı
- 2022-07-05 12:45
- 92
"Real" yarımmüdafiəçisi Rodriqo Qoes ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Rekord.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Madrid klubu artıq 21 yaşlı futbolçu ilə anlaşıb. Onun hazırkı müqaviləsi 2025-ci ildə başa çatır. Yeni sözləşmənin müddəti isə 2028-ci ilə qədər olacaq.
Tərəflər müqaviləni gələn həftə imzalayacaqlar. Rodriqonun yeni sözləşməsində 1 milyard avroluq təzminat bəndi də olacaq. Futbolçunu bir çox klub heyətinə qatmaq istəyir.
Braziliyalı oyunçu ötən mövsüm "Real"ın heyətində bütün turnirlərdə 49 matçda 9 qol vurub və 9 qolun ötürməsini verib.