“Real” PSJ-nin futbolçusu ilə vidalaşdı
- 11 Avq 2020 23:00
- 624
Madrid “Real”ı qapıçısı Alfons Areola ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Müqavilə ilə Fransa çempionu PSJ-yə məxsus olan 27 yaşlı qolkiperin icarə müddəti başa çatıb. "Kral klubu" Areolanın transfer hüquqlarını Paris təmsilçisindən almaqdan imtina edib.
Qeyd edək ki, Alfons Areola cari mövsüm 9 rəsmi matçda meydanda olub və 11 qol buraxıb. O, 2018-ci ildə Fransa millisi ilə birlikdə Rusiyada keçirilən dünya çempionatı qazanıb. Areola həmin vaxt yığmanın 3-cü qapıçısı olub.