“Real” yarımmüdafiəçisi Martin Edeqoru daha ucuz qiymətə satmağa hazırdır.

Rekord.az xəbər verir ki, “kral klubu” futbolçuya görə 40-50 milyon avro qazanmaq niyyətində idi.

Amma bu məbləği ödəmək istəyən klub tapılmayıb.

Bundan sonra rəhbərlik 30 milyon avroya qədər endirim edib. Məlumata görə, “Arsenal” bu məbləği ödəməyə hazırdır.

Hazırda tərəflər arasında danışıqların ilkin mərhələsinin başlandığı bildirilir. Futbolçu özü də klubunu dəyişməkdə maraqlıdır.

Edeqor ötən mövsümün ikinci yarısını icarə əsasında “Arsenal”da keçirib. 20 oyunda meydana çıxan futbolçu 2 qol vurub, 2 məhsuldar ötürmə edib.