İspaniyanın "Real" klubu rekordunu təkrarlayıb.

Rekord.az "Opta Sports" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi buna La Liqanın 35-ci turunda "Qranada"nı 4:0 hesabı ilə məğlub etməklə nail olub.

Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv cari mövsüm çempionatda 19 matçda qapısını toxunulmaz saxlayıb.

"Kral klubu" 1986/1987 və 1987/1988 mövsümlərində eyni sayda "quru" oyun keçirib.

Hazırda 90 xalı olan "Real" mayın əvvəlində çempionluğu təmin edib.