Madrid “Real”ı “Mançester Siti”nin vingeri Rahim Sterlinqə maraq göstərir.

Rekord.az xəbər verir ki, Sterlinqin “Siti” ilə müqaviləsi hələ iki ildən sonra başa çatacaq.

Amma futbolçu klubdakı durumundan narazıdır.

Amma bir şey var ki, “Siti”nin baş məşqçisi Qvardiola futbolçunun satılmasına razı deyil. O, “Real”ın marağını nəzərə alıb, rəhbərlikdən tələb edir ki, futbolçu ilə müqavilə uzadılsın.

Ekspertlərin proqnozlarına görə, “Real” Sterlinqi almaq üçün 90 milyon avro sərf etməlidir.