Real" "Tottenhem"in futbolçusu Son Hın Minlə maraqlanır.

Rekord.az "Don Balon"a istinadən xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres 27 yaşlı hücumçunun komandada görmək istəyir.

Bildirilib ki, London təmsilçisi cənubi koreyalı oyunçunu 150 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmır.

Qeyd edək ki, Hın Minin "Tottenhem"lə müqaviləsi 2023-cü ilin yayında başa çatır.