“Real” Türkiyə millisinin futbolçusu Arda Gülərlə müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi 6 illik müqaviləyə qol çəkib. Türkiyəli oyunçu yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Arda “Real”a “Fənərbaxça”dan transfer olunub.