İspaniyanın “Real” klubu futbolçusu Takefuso Kubonu icarəyə verib.

Rekord.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi 2021/22 mövsümünü icarə əsasında “Malyorka”da keçirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kubo daha əvvəl – 2019/20 mövsümündə də “Malyorka”da icarədə olmuşdu.