"Real" klubunun yarımmüdafiəçisi Mario Martin icarə əsasında İspaniyanın digər təmsilçisi "Valyadolid"ə keçib.

Rekord.az xəbər verir ki, 20 yaşlı futbolçunun icarə müqaviləsinin müddəti 2025-ci ilin iyununa kimi nəzərdə tutulub.

Mario Martin Madrid təmsilçisnin akademiyasının yetirməsidir.

“Valyadolid” La Liqanın yeni mövsümünün ilk turunda “Espanyol”u məğlub edib və hazırda 3 xalla turnir cədvəlində dördüncüdür.