“Real”ın hücumçusu Eden Hazard yenidən zədələnib.

Rekord.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Zinəddin Zidan məlumat verib.

Belçikalı futbolçu ötən gecə keçirilən “İnter”lə Çempionlar Liqasının matçında (3:2) sıradan çıxıb. Zidan belçikalı futbolçunun ayağından güclü zərbə aldığını söyləyib.

Qeyd edək ki, zədə səbəbindən Hazard 64-cü dəqiqədə Juniorla əvəzlənərək meydanı tərk edib.