“Malyorka”nın futbolçusu Luka Romero İspaniya La Liqasının tarixinə düşüb.

Rekord.az xəbər verir ki, o, bunu ölkə çempionatının 31-ci turu çərçivəsində qarşılaşdıqları “Real”la görüşdə (0:2) meydana çıxmaqla bacarıb.

Belə ki, argentinalı yarımmüdafiəçi 83-cü dəqiqədə 15 yaş 219 günündə meydana daxil olaraq La Liqada debüt edib. Bununla da, Romero İspaniya çempionatı tarixinin ən gənc oyunçusu olub.

Qeyd edək ki, bundan əvvəlki rekord 1939-cü ilin dekabrında 15 yaş 255 günündə debüt edən "Selta"nın keçmiş oyunçusu Sansona məxsus idi.