Madrid “Real”ının futbolçusu Toni Kroos sıradan çıxıb.

Rekord.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi La Liqanın 3-cü turunda "Betis"i 3:2 hesabı ilə məğlub etdikləri görüşdə xəsarət alıb.

Alman oyunçunun əzələsində problem aşkarlanıb. Bu üzdən də o, 10-14 günlük istirahət etməli olacaq.

Toni Kroos Almaniya millisinin oktyabrın 7-də Türkiyə ilə yoldaşlıq görüşündə və oktyabrın 10-da UEFA Millətlər Liqasında Ukrayna ilə matçında iştirak etməyəcək.