İspaniyanın “Real” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Eduardo Kamavinqa sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi La Liqanın 8-ci turunun “Espanyol”la səfər oyununda (1:2) zədələnib. Kamavinqanın son durumu tibbi müayinədən sonra bilinəcək.

Kamavinqa ötən ay Fransanın “Renn” klubundan “Real”a keçib.