
“Real”da ciddi itki
- 24 Apr 2025 16:00
- 57
İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Eduardo Kamavinqa ölkə kubokunun finalında qarşılaşacaqları "Barselona" ilə oyundan əvvəl zədələnib.
Rekord.az xəbər verir ki, fransalı yarımmüdafiəçiyə körpü əzələsinin qopması diaqnozu qoyulub.
22 yaşlı futbolçu bu səbəbdən finalda komandasına kömək edə bilməyəcək.
Kamavinqa cari mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib, iki qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub. "Barselona" və "Real" arasında final görüşü aprelin 26-da baş tutacaq.