İspaniyanın "Real" (Madrid) kollektivinin daha bir futbolçusu zədələnib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Eder Militaonun sol ayaq əzələsində zədə aşkarlanıb.

Braziliyalı futbolçu millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsində Çili (11 oktyabr) və Peru (16 oktyabr) ilə oyunlarını buraxacaq.

Daha əvvəl "Real"ın iki üzvü - Dani Karvaxal və Vinisius Junior zədələnmişdi.