“Real”da daha bir yeni müqavilə
- 02 Noy 2023 19:46
- 264
İspaniyanın “Real” klubu daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verirki, hücumçu Rodriqo madridlilərlə sözləşməsinin müddətini uzadıb.
Braziliya millisinin üzvü anlaşmasını 3 illik artırıb. 22 yaşlı forvard artıq 2028-ci ilin yayına qədər La Liqa təmsilçisinə məxsusdur.
Rodriqo 2019-cu ildən “Real”da çıxış edir. O, həmin vaxtdan bəri 179 oyun keçirib, 39 qol, 33 məhsuldar ötürmə ilə yadda qalıb.