“Real”da dekabrın ən yaxşı futbolçusu bəlli oldu
- 28 Dek 2023 10:15
- 273
"Real"ın futbolçusu Brahim Dias Madrid təmsilçisində dekabrın ən yaxşı oyunçusu seçilib.
Rekord.az xəbər verir ki, o, Madrid klubunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsəvermədə 1-ci olub.
24 yaşlı oyunçu dekabrda bütün turnirlərdə 5 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.
Dias 2019-cu ildə "Real"a transfer olunub. İspan yarımmüdafiəçi 2020-ci ildən 2023-cü ilin iyununa kimi "Milan"da icarə əsasında oynayıb. O, iyunun 9-da "Real"a qayıdıb.