“Real” İspaniya La Liqasının 9-cu turunda “Malyorka” ilə qarşılaşacaq.

Rekord.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Luka Modriç bu səfər qarşılaşmasında iştirak etməyəcək. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Xəbərdə, Xorvatiya millisinin heyətində zədələnən yarımmüdafiəçinin “Malyorka” ilə oyunda iştirak etməyəcəyi bildirilib. Modriçin sağalma müddəti hələ bəlli deyil.

Oktyabrın 19-da keçiriləcək “Malyorka” – “Real” oyunu saat 23:00-da start götürəcək.